«Holcim Sement Mərkəzi» adlı xüsusi görüş yeri yaradılıb

«Holcim Sement Mərkəzi» adlı xüsusi görüş yeri yaradılıb
# 05 oktyabr 2012 13:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «Holcim» (Azərbaycan) şirkəti sement və onun əsasında beton, tikinti məhlulları və xüsusi qarışıqlarla maraqlanan şəxslər üçün «Holcim Sement Mərkəzi» adı altında xüsusi görüş yeri yaradıb.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, sözügedən mərkəz «Holcim» şirkətinin tərəfdaşlarına dəstək olmaq məqsədilə yaradılıb.

Bu gün keçirilən mərkəzin açılış mərasimində fəaliyyətindən faydalanmaq üçün «Holcim» şirkətinin hazırkı və potensial müştəriləri olan müəssisələrin texnoloqları, yerli və xarici layihəçilər, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri bu mərkəzə üzv olmağa dəvət olunub. Tədbir iştirakçılarına mərkəzə üzv olmağın faydaları haqqında, o cümlədən beton istehsalı sahəsində yeni texnologiyalara aid biliklərin əldə edilməsi, mövcud və gələcəkdə yarana biləcək problemlərin həll edilməsi imkanı, yerli və beynəlxalq standartlar və digər normativ sənədlər barəsində məlumat əldə edilməsi, istehsal prosesinin təkmilləşdirilməsi barədə ətraflı məlumat verilib.

Mərkəz çərçivəsində yüksək səviyyəli yerli və xarici mütəxəssislər tərəfindən aparılan təlimlər, seminarlar və təqdimatların keçirilməsi, forum və digər növ müzakirələrin təşkil edilməsi nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR