Bakıda ictimai nəqliyyat vasitələrinin sürücülərinə qarşı reydlərə başlanıb

Bakıda ictimai nəqliyyat vasitələrinin sürücülərinə qarşı reydlərə başlanıb
# 21 fevral 2012 11:39 (UTC +04:00)
İdarənin bölmə rəisi Vaqif Əsədovun APA-ya verdiyi xəbərə görə, reydlər bu gün saat 12.00 radələrindən etibarən keçirilir. Reydlərin keçirilməsində məqsəd sürücülər arasında nizam-intizamın yaradılması və yol nəqliyyat hadisələrinin qarşısının alınmasıdır. Reydləri xüsusi olaraq yaradılan qruplar həyata keçirirlər.
Vaqif Əsədov, avtobus dayanacaqlarında və ya onlara yaxın məsafələrdə keçirilən reydlər zamanı sürücülük vəsiqəsi olmadan avtobusu idarə edən 16 sürücünün aşkarlandığını deyib: “Həmin avtobusların hərəkəti dayandırılıb və müvəqqəti mühafizə olunan dayanacağa qoyulub. Bundan əlavə, avtobus dayanacaqlarından kənarda, yolların hərəkət hissəsində sərnişinlərin enməsinə şərait yaradan 39 sürücü barəsində isə inzibati protokol tərtib olunub. Hazırda reydlər davam etdirilir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR