Gələn il Azərbaycanda informasiya təhlükəsizliyi üzrə xüsusi sistem yaradılacaq

Gələn il Azərbaycanda informasiya təhlükəsizliyi üzrə xüsusi sistem yaradılacaq
# 07 noyabr 2012 13:40 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib: «Gələcəkdə bu, regional informasiya təhlükəsizliyi mərkəzinə çevriləcək».

Azərbaycanda internet resurslarına xaker hücumları barədə danışan nazirin sözlərinə görə, hazırda xaker hücumlarının qarşısını əvvəlcədən almaq mümkün deyil. Nazir bildirib ki, Azərbaycan tərəfi bununla bağlı beynəlxalq təşkilatlar vasitəsilə Ermənistana müraciət edib. Amma onlar da baş verənlərdə Azərbaycanı günahlandırır.

Nazir bildirib ki, Azərbaycanda mobil telefon nömrələrinin daşınması xidmətinin tətbiqinə yaxın vaxtlarda başlanacaq: «Şirkətlər artıq nömrələrin daşınmasına hazırdır və yanvarda nömrələrin daşınmasına başlayacaq».

Nazir «Microsoft» şirkətinin Azərbaycanda Data Mərkəzinin yaradılması ilə bağlı planlarını müsbət qiymətləndirib. Onun sözlərinə görə, mərkəzin yaradılması üçün 0,5-1 mlrd. dollar investisiya yatırılmalıdır. Bununla bağlı tərəflər arasında razılaşmanın 2013-cü ilin ortalarında əldə olunacağı gözlənilir.

«Google»in xəritələrində Azərbaycan ərazilərinin Ermənistan əraziləri kimi göstərilməsinə münasibətini bildirən Ə.Abbasov bildirib ki, bununla bağlı «Google» şirkətinə etirazlar çoxdur. Belə müraciətlər başqa ölkələrdən də gəlir. Nazir bildirib ki, bu məsələ «Google»in rəhbərliyi ilə sabah Bakıda keçiriləcək görüşdə müzakirə olunacaq: «Ümid edirəm ki, bu məsələ həllini tapacaq».

Azərbaycanın ilk süni peyki barədə məlumat verən nazir qeyd edib ki, ilk peyk 2013-cü il fevral ayının ilk dekadasında orbitə buraxılacaq. Orbitə çıxandan 3 ay sonra peyk kommersiya fəaliyyətinə başlayacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR