Azərbaycan Respublikası Prezidenti Yanında Elmin İnkişafı Fondunda Xocalı faciəsinin 20-ci ildünümü münasibətilə anım tədbiri keçirilib - FOTO

Azərbaycan Respublikası Prezidenti Yanında Elmin İnkişafı Fondunda Xocalı faciəsinin 20-ci ildünümü münasibətilə anım tədbiri keçirilib - <font color=red>FOTO</font>
# 24 fevral 2012 11:24 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Respublikası Prezidenti Yanında Elmin İnkişafı Fondunun İcraçı direksiyasında Xocalı faciəsinin 20-ci ildünümü münasibətilə anım tədbiri keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən fondun icraçı direktoru Elçin Babayev bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni vandalları tərəfindən Azərbaycan xalqına qarşı soyqırım törədilib, erməni separatçıları sovet ordusunun 366-cı motoatıcı alayının hərbi texnikasının iştirakı ilə Xocalı şəhərini işğal edib: “Xocalının zəbti misli görünməmiş qəddarlıqla müşayiət olunub, 613 nəfər şəhid olub, 487 nəfər şikəst edilib, 8 ailə bütövlükdə məhv edilib, 25 azyaşlı uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 1275 nəfər əsir və girov götürülüb. Xocalı soyqırımı hər bir azərbaycanlı üçün intiqam çağırışı olmalıdır”. E. Babayev rəhbərlik etdiyi qurumun fəaliyyətində Azərbaycanın tarixi həqiqətlərinin araşdırılmasına xüsusi önəm verildiyini vurğulayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru Yaqub Mahmudov isə qeyd edib ki, Xocalı faciəsinin kökü tarixin dərinliklərindən gəlir: “Xocalı təsadüf deyildi, bu hadisə Azərbaycan xalqına qarşı iki əsrdən bəri törədilən soyqırımların tərkib hissəsi idi. Azərbaycan tarixində Xocalı faciəsindən də dəhşətli hadisələr olub. 1918-ci ilin mart ayının təkcə bir günündə Bakıda 14 minə qədər şəhid cənazəsi qaldırılıb. Lakin iri dövlətlər tarix boyu nə qədər birləşsələr də, Azərbaycan xalqının varlığını məhv etmək mümkün olmayıb”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR