Azərbaycanın əsas kapitalına yönəldilmiş xarici sərmayənin həcmi son bir ildə 5% artıb

Azərbaycanın əsas kapitalına yönəldilmiş xarici sərmayənin həcmi son bir ildə 5% artıb
# 21 iyul 2012 07:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin birinci yarısında xarici mənbələrdən Azərbaycanın əsas kapitalına yönəldilmiş vəsaitin həcmi 1 308,6 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrünə nisbətən xarici mənbələrdən ölkənin əsas kapitalına yönəldilmiş vəsaitin həcmi 5,2% artıb.

«Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən yanvar-iyun aylarında əsas kapitala yönəldilmiş xarici vəsaitin 1 217,5 mln. manatı və ya 93%-i Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Türkiyə, Çexiya və Fransa investorlarına məxsus olub», - deyə Komitədən bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR