Azərbaycanda yeni həyat sığortası şirkətinin yaradılması aktuallığını itirib

Azərbaycanda yeni həyat sığortası şirkətinin yaradılması aktuallığını itirib
# 05 iyul 2012 14:20 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov bildirib.

N.Xəlilovun sözlərinə görə, həyat sığortası şirkətinin yaradılması üzrə Dövlət Sığorta Nəzarəti Xidmətinə bir neçə müraciət daxil olub, lakin həmin müraciətlərə baxılması hazırda aktual deyil.

Qeyd edək ki, «Ata Sığorta», «Standard Insurance» və «AzSığorta» şirkətləri özlərinin həyat sığorta üzrə şirkətini təsis etmək məqsədi ilə Dövlət Sığorta Nəzarəti Xidmətinə müvafiq müraciətlər təqdim edib.

Hazırda Azərbaycanda üç sığorta şirkəti («Paşa Həyat», «Qala Həyat» və «Atəşgah Həyat») həyat sığortası üzrə fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR