Azərbaycanda itkin düşən 19 yaşlı qızın Qarabağ kanalına düşdüyü məlum olub

Azərbaycanda itkin düşən 19 yaşlı qızın Qarabağ kanalına düşdüyü məlum olub
# 05 mart 2012 14:07 (UTC +04:00)
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə martın 3-də 1993-cü il təvəllüdlü Gülmirə Rafiq qızı Zülfəliyeva Ağcabədi rayonu, Sarıcalı kəndi ərazisindən keçən Qarabağ kanalına düşməsi barədə məlumat daxil olub. Nazirliyin dalğıc-xilasediciləri qeyd olunan şəxsin axtarışlarına cəlb olunub.

Qeyd edək ki, APA bu gün Azərbaycanın Ağcabədi rayonunun Sarıcalı kəndində 19 yaşlı qız itkin düşməsi barədə məlumat yayıb. Martın 3-də səhər saat 7 radələrində evdən çıxan və geri dönməyən Zülfəliyeva Gülmirə Rafiq qızının qohumları APA-nın Qarabağ bürosuna bildiriblər ki, o, əqli cəhətdən tam normal olub. Valideynləri əvvəlcə qızın qoşulub qaçdığını düşünsələr də, bu ehtimal özünü doğrultmayıb. G. Zülfəliyevanın əmisi Novruz Zülfəliyevin sözlərinə görə, sonradan məlum olub ki, 19 yaşlı gənc kənd ərazisindən keçən magistral yolla hərəkət edən Gəncə-Lənkəran mikroavtobusuna minib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR