Gələn il Azərbaycanda əhalinin sayı 9 milyon 490 min nəfər olacaq

Gələn il Azərbaycanda əhalinin sayı 9 milyon 490 min nəfər olacaq
# 07 noyabr 2012 12:45 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Gələn il Azərbaycanda əhalinin sayı 9 milyon 490 min nəfər olacaq. APA-nın xəbərinə görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov Milli Məclisin Sosial siyasət Komitəsinin iclasında deyib.

Fond rəhbərinin sözlərinə görə, bu sayın 4,7 milyonunu kişilər, 4,77 milyonunu isə qadınlar təşkil edəcək. Gələn il ölkədə təbii artımın 132 min olacağı gözlənilir. S. Müslümov növbəti il üçün orta yaş həddinin 74,1 olacağını da açıqlayıb. Bu hədd qadınlar üçün 77,7, kişilər üçün isə 71,6 olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR