Azərbaycanda problemli kreditlərin həcmi 29% artıb

Azərbaycanda problemli kreditlərin həcmi 29% artıb
# 21 fevral 2012 12:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvarın 1-i vəziyyətinə Azərbaycanın bank və kredit təşkilatları tərəfindən iqtisadiyyatın inkişafına 10 mlrd. manat həcmində kredit vəsaitləri yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,9% çoxdur.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, kredit qoyuluşunun 33,2%-i dövlət, 64,3%-i özəl banklar, 2,5%-i isə bank olmayan kredit təşkilatları tərəfindən həyata keçirilib: «Verilmiş kreditlərin 69,3%-ni uzunmüddətli kreditlər təşkil edib, 6,4%-nin isə ödənilmə vaxtı keçib».

Hesabat dövründə qısamüddətli kreditlərin həcmi 3 051,2 mln. manat, uzunmüdətli kreditlərin həcmi 6 899,1 mln. manat, ödənilmə vaxtı keçmiş kreditlərin həcmi isə 633,8 mln. manat təşkil edib. Nəticədə, son bir ildə qısamüddətli kreditlər 18,8%, uzunmüddətli kreditlər 4,6%, problemli kreditlər isə 28,6% artıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR