Azərbaycanda 6000-dək əcnəbi tələbə təhsil alır

Azərbaycanda 6000-dək əcnəbi tələbə təhsil alır
# 17 avqust 2012 10:09 (UTC +04:00)
Onlar 40-a yaxın ölkəni təmsil edirlər. APA-nın məlumatına görə, təhsil nazirinin müavini Qulu Novruzov bunu YAP-ın saytına müsahibəsində bildirib. O deyib ki, Azərbaycanın ali məktəblərində daha çox Türkiyə, İran, Çin və Yaxın Şərq ölkələrindən olan tələbələr təhsil alırlar.

Q.Novruzov onu da bildirib ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində indiyədək 1200-ə qədər azərbaycanlı gənc dünyanın nüfuzlu universitetlərində təhsil almağa göndəriliblər. Bu ölkələrin coğrafiyası Yeni Zelandiyadan başlamış Kanadaya qədər dünyanın ən aparıcı təhsil ölkələrini əhatə edir. Tələbələrimizin təhsil aldığı ölkələr sırasında Norveç, İsveç, Finlandiya, İtaliya, Belçika və Böyük Britaniya kimi dövlətlər var: “Hazırda proqram çərçivəsində təhsil alaraq məzun olmuş yüzlərlə gəncimiz Azərbaycana qayıdıb. Cəmiyyətdə bəzən həmin gənclərin ölkəmizə qayıtmamaları barədə fikirlər səslənir. Fürsətdən istifadə edərək demək istəyirəm ki, son 5 ilin təcrübəsi göstərir ki, tələbələrimizin böyük əksəriyyəti təhsillərini başa vuraraq geri qayıdırlar. Bəli, onların bir qismi qalıb təhsillərini növbəti pillələrdə davam etdirirlər. Bütövlükdə, xaricdə qalanların sayı çox deyil”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR