Baş nazirin müavini: “Ermənistan təlim keçmiş terror qruplarını Azərbaycan, Rusiya, Türkiyə, Avropa, Yaxın Şərq və Asiyaya göndərir”

Baş nazirin müavini: “Ermənistan təlim keçmiş terror qruplarını Azərbaycan, Rusiya, Türkiyə, Avropa, Yaxın Şərq və Asiyaya göndərir”
# 27 iyul 2012 10:43 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Azərbaycanın 560 km sərhədi nəzarətsizdir. Bu sərhəd ərazisi nəinki Azərbaycanın nəzarəti altında deyil, hətta BMT-nin də nəzarətindən kənardadır”. APA-nın məlumatına görə, baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu fikirləri “Baş vermiş münaqişələrdə dəyən zərərin hesablanması” mövzusunda keçirilmiş konfransda deyib.

Onun sözlərinə görə, BMT Azərbaycan tərəfinin müraciəti əsasında həmin ərazilərdə monitorinq aparmaq üçün Ermənistana müraciət edib: “Lakin ermənilər buna imkan vermədilər. Azərbaycan 20 ildən artıqdır Ermənistanın işğal etdiyi ərazilərdə terrorçu qruplar hazırladığına dair həyəcan təbili çalır. Azərbaycan dəfələrlə buna dair faktları beynəlxalq qurumlara təqdim edib. Bu terror qrupları təkcə Azərbaycan, Rusiya, Türkiyəyə deyil, eyni zamanda Avropaya, Yaxın Şərqə və Asiya ölkələrinə də göndərilir. Bu ərazilərdən Rusiyaya və Gürcüstana da milli məsələləri qızışdırmaq üçün terrorçu diversantlar göndərilir”.

Baş nazirin müavini Ermənistanın işğal latında saxladığı Azərbaycan torpaqlarından narkotik maddələrin dövriyyəsi məqsədilə istifadə etdiyini deyib: “Hazırda işğal edilən ərazilər narkotik vasitələrin Avropaya və Asiya ölkələrinə daşınması üçün həm tranzit və həm də istehsal məqsədilə istifadə olunur. Əfqan narkotikinin dünyaya daşınmasında işğal edilən ərazilər dördüncü tranzit xətt kimi istifadə olunur. Bu barədə aidiyyəti üzrə beynəlxalq qurumları məlumatlandırmışıq”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR