Azərbaycan prezidenti Cəlilabadda yenidən qurulan Gənclər Parkı və Bayraq Meydanı ilə tanış olub

Azərbaycan prezidenti Cəlilabadda yenidən qurulan Gənclər Parkı və  Bayraq Meydanı ilə tanış olub
# 31 iyul 2012 13:06 (UTC +04:00)
APA-nın xəbərinə görə, dövlətimizin başçısına məlumat verilib ki, ölkənin hər yerində olduğu kimi, Cəlilabadda da gənclərlə iş sahəsində və onların istirahətinin səmərəli təşkili ilə bağlı əməli tədbirlər görülür. Gənclər Parkı əsaslı bərpa və yenidənqurmadan sonra Cəlilabadın gözəlliyini daha da artırıb.
Qeyd olunub ki, Gənclər Parkı və burada yaradılmış Bayraq Meydanı Cəlilabadın mərkəzində, 50 metr yüksəklikdə daxili imkanlar hesabına inşa olunub. Burada yaradılan şəraitlə tanışlıq zamanı diqqətə çatdırılıb ki, iki hektar ərazini əhatə edən park başdan-başa yenidən qurulub.
Sonra dövlət başçısı Bayraq Meydanı ilə tanış olub. Diqqətə çatdırılıb ki, şəhərin ən yüksək nöqtəsində inşa olunan bayraq dirəyinin hündürlüyü 41, bayrağın uzunluğu 20, eni isə 10 metrdir. Meydanın ətrafı abadlaşdırılıb, yaşıllıq zolağı salınıb.
Prezident İlham Əliyev Gənclər Parkında və Bayraq Meydanında yaradılan şəraiti yüksək qiymətləndirib, müvafiq tapşırıq və tövsiyələrini verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR