Ərəb və ingilis dillərində “Azerbaijan” adlı jurnal nəşr olunub

Ərəb və ingilis dillərində “Azerbaijan” adlı jurnal nəşr olunub
# 19 aprel 2012 16:52 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanın turizm potensialının İran Körfəzi ölkələrində təbliğ edilməsi məqsədilə ərəb-ingilis dillərində “Azerbaijan” adlı jurnal nəşr olunub. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, jurnalın təqdimatı “AİTF 2012” beynəlxalq turizm sərgisi zamanı həyata keçirilib. Jurnal Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlıq etdiyi “Atlantis Holidays” şirkəti tərəfindən dərc olunub. Təqdimat zamanı nazir Əbülfəs Qarayev çıxışında hökumətin göstərdiyi səy nəticəsində İran Körfəzi ölkələrindən Azərbaycana gələn turistlərin sayının artmaqda olduğunu bildirib. Həmçinin “Atlantis Holidays” şirkətinin rəhbəri Rəşid Al Nuri jurnalın nəşr olunmasında məqsədin İran Körfəzi ölkələrində əhalinin Azərbaycan haqqında maarifləndirilməsi və Azərbaycanın Qafqazda unikal turist məkanı kimi tanıdılmasından ibarət olduğunu qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR