Fərhad Əmirbəyov: «Azərbaycan maliyyə bazarında iki birjanın olması məqsədəuyğun deyil»

Fərhad Əmirbəyov: «Azərbaycan maliyyə bazarında iki birjanın olması məqsədəuyğun deyil»
# 27 aprel 2012 11:48 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Bakı Banklararası Valyuta Birjasının başçısı Fərhad Əmirbəyov bildirib.

F.Əmirbəyovun sözlərinə görə, o, hələ Bakı Fond Birjası yaradılan zaman bu ideyanın əleyhinə olub və qeyd edib ki, Azərbaycan maliyyə bazarı valyuta və fond əməliyyatlarının fərqli meydançalarda aparılması üçün elə də böyük deyil.

Qeyd edək ki, hazırda Bakı Fond Birjasında həm korporativ, həm də dövlət qiymətli kağızlar üzrə ticarət əməliyyatları aparılır. Bu ilin I rübün statistikasına görə, korporativ qiymətli kağızlar üzrə 3,1 dəfəlik azalma müşahidə olunub. Dövlət Qiymətli kağızlar üzrə 76,4%-lik artım müşahidə olunsa da, bu artım yalnız Mərkəzi Bankın notları üzrə əməliyyatların hesabına baş verib. Belə ki, Maliyyə Nazirliyinin istiqrazları üzrə əməliyyatlarda 132,5 dəfəlik azalma baş verib.

«Ekonomist» jurnalının ekspertləri hesab edirlər ki, Mərkəzi Bankın notları bazar aləti sayıla bilməz, çünki bu alət yalnız banklar arasında tədavül edir və bazardan pul kütləsinin sterilizasiyası üçün nəzərdə tutulub. Bundan əlavə, notlar üzrə əməliyyatların təxminən 90%-i repo əməliyyatlarının payına düşür. Bu əməliyyatlar isə banklararası kredit bazarında notların girovu kimi istifadə edilən alət kimi qiymətləndirilir və nəticədə pul bazarının inkişafına real dəstək vermir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR