“Akkord” Xocalı məktəbini paltar və dərs ləvazimatları ilə təmin edib - FOTO

“Akkord” Xocalı məktəbini paltar və dərs ləvazimatları ilə təmin edib - <font color=red>FOTO</font>
# 18 sentyabr 2012 08:23 (UTC +04:00)
Bakı – APA. “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC “Bilik günü” ərəfəsində Xocalı məktəbinə dəstək aksiyası keçirib. ASC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsindən APA-ya verilən məlumata görə, Sabunçu rayonunun Qızılqum qəsəbəsində məskunlaşan Xocalı məktəbliləri “Akkord” tərəfindən məktəbli paltarları, dərs ləvazimatları və məktəb avadanlıqları ilə tam təmin edilib.

Bundan başqa, Korporasiya tərəfindən Xocalı məktəbinin müəllim və şagird kollektivinin Bakı şəhəri, Xətai rayonunda yerləşən “Xocalı soyqırımı” abidəsini ziyarəti təşkil olunub.

Ziyarət zamanı Xocalı məktəbinin müəllim və şagirdləri çıxışlar ediblər. Şagirdlər onlara göstərilən bu diqqət və qayğının müqabilində öz üzərlərinə düşən vəzifələri daha böyük məsuliyyətlə yerinə yetirəcəklərini, ölkəmizə və xalqımıza layiqli övladlar olmaq üçün əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.

Qeyd edək ki, Sabunçu rayonunun Qızılqum qəsəbəsində yerləşən yeni Xocalı məktəbi ötən il “Akkord” Korporasiyası tərəfindən inşa edilib. Korporasiya məktəbi partalar, yazı taxtası və digər avadanlıqlarla da təmin edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR