Edvard Nalbandyan: “Azərbaycanla danışıqları dayandırmaq niyyətində deyilik”

Edvard Nalbandyan: “Azərbaycanla danışıqları dayandırmaq niyyətində deyilik”
# 04 sentyabr 2012 12:59 (UTC +04:00)
APA-nın “Panorama.az” saytına istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ölkədə səfərdə olan Argentinanın xarici işlər və xarici ticarət naziri Hektor Timermanla keçirdiyi birgə mətbuat konfransında deyib. Ermənistanın Azərbaycanla danışıqlar prosesinə son qoymasının mümkünlüyü haqda sualı cavablandıran E. Nalbandyan belə bir niyyətləri olmadığını söyləyib: “Danışıqlar prosesinin iflasına yönəlmiş bəyanatları və hərəkətləri tez-tez məhz Azərbaycan edir”.

Jurnalistlər məsələyə argentinalı nazirin də münasibətini öyrənmək istəsələr də, qonaq ikitərəfli əlaqələrin inkişafını müzakirə etmək üçün Ermənistana gəldiyini xatırladaraq bu mövzuda suallar verilməsini istəyib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR