Misir Mərdanov: “Azərbaycanın orta məktəblərində 12 illik təhsilə keçidlə bağlı qanunvericilikdə dəyişiklik olunacaq”
16 fevral 2012 08:18 (UTC +04:00)
Təəssüf ki, o zaman bu baş tutmadı. Amma qanunun qəbulundan bir müddət keçəndən sonra hamı görür ki, bir çox ölkələrdə – dünya ölkələrinin təxminən 90 faizində məhz 12 illik təhsil tətbiq olunur. Ona görə də yəqin ki, bizim də qanunvericilikdə dəyişiklik olunacaq və 12 illik təhsilə keçməklə bağlı qərar qəbul ediləcək”. APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov deyib. Nazir bildirib ki, 12 illik təhsilə keçilərsə, 10 illik təhsil icbari olacaq: “Qalan 2 illik təhsili isə şagirdlər əsasən, ali məktəblərə gedərkən verəcəkləri qəbul imtahanları üzrə hazırlaşacaqlar. Bununla, həmçinin bu gün Azərbaycan cəmiyyətində çox ciddi problem olan repetitorluğun qarşısına müəyyən bir sədd çəkiləcək”.
Sosial
25 minə yaxın şagird və abituriyent Azərbaycan dili fənnindən imtahan verəcək
07:17
12 may 2024
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
07:06
12 may 2024
DİN-dən XƏBƏRDARLIQ: Sosial şəbəkələrdə yalan vədlər tüğyan edir - VİDEO
21:45
11 may 2024
NİİM Zığ şosesində aparılan təmirlə bağlı müraciət edib
19:56
11 may 2024