Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə seçmə turlara qeydiyyat daha 3 rayonda həyata keçiriləcək

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə seçmə turlara qeydiyyat daha 3 rayonda həyata keçiriləcək
# 10 iyul 2012 07:14 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən məlumata görə, bu barədə dünən 2012-2013-cü tədris ili üçün ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə keçiriləcək qabiliyyət imtahanlarına, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə keçiriləcək seçmə turlara hazırlıq işlərinə həsr olunan iclasda qərara alınıb. İclasda TQDK-nın regional bölmələrin nümayəndələrinin qabiliyyət imtahanları və seçmə turlara hazırlığın vəziyyəti barədə məlumatları dinlənilib. Müzakirələrdən sonra qərara alınıb ki, ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə seçmə turlara qeydiyyat Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Quba, Ağdam rayon Quzanlı qəsəbəsi ilə bərabər, Şəmkir, Biləsuvar və Zaqatala şəhərlərində də keçirilsin. Yeni yaranan Seçmə Tura Qeydiyyat Komissiyalarının işinin təşkil edilməsi ilə bağlı Gəncə, Lənkəran və Şəki regional bölmələrinə tapşırıqlar verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR