TQDK orta ixtisas təhsili müəssisələrinə qəbul olan və rezidentura mərhələsində ixtisas seçiminə buraxılan şəxslərə müraciət edib

TQDK orta ixtisas təhsili müəssisələrinə qəbul olan və rezidentura mərhələsində ixtisas seçiminə buraxılan şəxslərə müraciət edib
# 13 sentyabr 2012 11:33 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan və rezidenturaya qəbul imtahanları nəticəsində ixtisas seçiminə buraxılan şəxslərə müraciət edib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ümumi orta orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olanların qeydiyyat müddəti sabah saat 17.00-da başa çatacaq. Qəbul olanlar həmin müddətə qədər tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Göstərilən müddətədək qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək.

Rezidenturaya qəbul imtahanları nəticəsində ixtisas seçiminə buraxılmış namizədlərin ixtisas seçimi isə sabah saat 9.00-da başa çatacaq.

Həmin vaxta qədər ixtisas seçiminə buraxılmış bütün namizədlər ixtisas seçimi etməli və “Namizədin elektron ərizəsi”ni təsdiqləməlidirlər.
Ərizələrini təsdiqləməyən namizədlər müsabiqədə iştirak etmək hüququnu itirəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR