Azərbaycan Ordusu cəbhə bölgəsində genişmiqyaslı hərbi təlimlərə başlayıb

Azərbaycan Ordusu cəbhə bölgəsində genişmiqyaslı hərbi təlimlərə başlayıb
# 20 fevral 2012 07:52 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Ordusu cəbhə bölgəsində növbəti genişmiqyaslı hərbi təlimlərə başlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin komandanlığı altında keçirilən təlimlərə Quru Qoşunları və Hərbi Hava Qüvvələrinin şəxsi heyəti cəlb olunub.

Həftənin sonunadək keçiriləcəyi planlaşdırılan təlimlərdə son illər Azərbaycan Ordusunun əldə etdiyi ən müasir texnika və silahlardan istifadə olunacağı nəzərdə tutulur.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR