Azərbaycan paytaxtında 24 yaşlı oğlan qətlə yetirilib

Azərbaycan paytaxtında 24 yaşlı oğlan qətlə yetirilib
# 11 may 2012 07:24 (UTC +04:00)
Bu barədə APA-ya Binəqədi Rayon Prokurorluğundan bildirilib.

Hadisə ötən gecə, Binəqədi qəsəbəsi, Nizami küçəsində qeydə alınıb. Rayon sakini, 24 yaşlı Nəriman Məmmədov bıçaqlanaraq qətlə yetirilib.

Həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində qətlin üstü açılıb. Məlum olub ki, qətli Bakı şəhər sakini, 22 yaşlı Seyran Neydullayev törədib. O, şübhəli şəxs qismində tutulub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR