BBVB-nin valyuta bölməsində 3,351 mln. dollarlıq əqdlər bağlanılıb

BBVB-nin valyuta bölməsində 3,351 mln. dollarlıq əqdlər bağlanılıb
# 02 iyul 2012 14:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə USD/AZN ortaölçülü məzənnəsi 0,7850 AZN/$1 təşkil edib.

BBVB-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,7850 AZN/$1 təşkil edib. USD/AZN T+0 aləti üzrə əqdlər bağlanılmayıb. Sessiyanın nəticələrinə görə isə manatın orta məzənnəsi dollara nisbətən 0,7850 AZN təşkil edib.

BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 2 632 545,60 AZN, manatın orta məzənnəsi isə dollara nisbətən 0,7850 AZN təşkil edib.

Beləliklə, hər iki sessiyanın nəticələrinə görə BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 3,351 mln. dollar və ya 2 632 545,60 AZN təşkil edib.

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanılmayıb.

EUR/USD_TOD, EUR/USD_TOM alətləri üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilib, amma əqdlər bağlanılmayıb.

Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 13,50%, ABŞ dolları üzrə isə illik 14,25% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR