Hava meteohəssas insanlar üçün əlverişli olacaq

Hava meteohəssas insanlar üçün əlverişli olacaq
# 18 oktyabr 2012 10:17 (UTC +04:00)
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumatına görə, havanın temperaturu gecə 13-18, gündüz 23-28 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 19-da əsasən gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-18, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 19-20-də Abşeron yarımadasında biometeoroloji amillərin zəif və mülayim tərəddüdü əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR