Avropa İnsan Haqları Məhkəməsi azərbaycanlı jurnalistin işi üzrə qərarını açıqlayıb
03 oktyabr 2012 08:43 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Avropa İnsan Haqları Məhkəməsi azərbaycanlı jurnalist Ramiz Nəcəflinin işi üzrə qərarını açıqlayıb. APA-nın məhkəmənin mətbuat xidmətinə istinadən yaydığı xəbərə görə, AİHM iddiaçıya vurulan mənəvi zərərlə əlaqədar ona 10 min avro ödənməsinə qərar verib. Bundan başqa, R. Nəcəfliyə məhkəməyə müraciətlə əlaqədar çəkdiyi xərclərin kompensasiyası qismində 3 min avro ödənməlidir.
1967-ci il təvəllüdlü Azərbaycan vətəndaşı, “Boz Qurd” qəzetinin redaktoru R. Nəcəfli 2005-ci il oktyabrın 9-da keçirilən nümayişin dağıdılması zamanı zorakılığa məruz qaldığını əsas gətirərək AİHM-ə müraciət edib. Jurnalist Avropa İnsan Haqları Konvensiyasının 3-cü (qeyri-insani rəftar və insan ləyaqətini alçaldan hərəkətlərin qadağan olunması) və 10-cu (söz azadlığı) maddələrində nəzərdə tutulan hüquqlarının pozulduğunu, polisin ona qarşı ifrat güc tətbiq etdiyini və sonradan bununla bağlı aparılan araşdırmanın qeyri-effektiv olduğunu bildirib.

Media
UNESCO Qəzzada baş verənləri işıqlandıran fələstinli jurnalistləri mükafatlandırıb
19:57
3 may 2024
Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib
18:34
3 may 2024
AzərTAc-ın işçilərinin əməyinin ödənilməsi şərtlərinə dəyişiklik edilib
17:50
3 may 2024
Əhməd İsmayılov: Azərbaycan mediası işini müasir trendlərə cavab vermək səviyyəsində qurmaqda maraqlıdır - FOTO
11:17
3 may 2024