PKK-çı İraqda nazir təyin olunur

PKK-çı İraqda nazir təyin olunur
# 04 aprel 2012 19:08 (UTC +04:00)
Bakı-APA. Şimali İraqda Bölgə Kürd Administrasiyasının yeni baş naziri Necirvan Bərzaninin kabinetində vaxtilə PKK terror təşkilatının üzvü olmuş Əziz Veysi daxili işlər naziri vəzifəsini tutacaq. Bu barədə Administrasiyadan məlumat verilib. Əziz Veysi son vaxtlarda bölgədəki xüsusi təyinatlı bölmələrə rəhbərlik edib və general rütbəsi daşıyır.

Qeyd edək ki, Bölgə Administrasiyasının hökuməti İraq prezidenti Cəlal Tələbaninin rəhbərlik etdiyi Kürdüstan Yurdsevərlər Birliyi və Bölgə Administrasiyasının rəhbəri Məsud Bərzaninin başçılıq etdiyi Kürdüstan Demokrat Partiyası tərəfindən rotasiya qaydasında təşkil olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR