Qaxda Azərbaycanla Gürcüstan arasında diplomatik əlaqələrin yaradılmasının 20-ci ildönümü və Novruz bayramı münasibətilə tədbir keçirilib

Qaxda Azərbaycanla Gürcüstan arasında diplomatik əlaqələrin yaradılmasının 20-ci ildönümü və Novruz bayramı münasibətilə tədbir keçirilib
# 24 mart 2012 00:16 (UTC +04:00)
Qax. Vüqar Heydərov-APA. Azərbaycanın Qax rayonunda Azərbaycanla Gürcüstan arasında diplomatik əlaqələrin yaradılmasının 20-ci ildönümü və Novruz bayramı münasibətilə tədbir keçirilib. APA-nın yerli bürosunun verdiyi məlumata görə, tədbir Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun və Gürcüstanın ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə baş tutub. Tədbirdə Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, Zaqatala RİH-nin başçısı Mübariz Əhmədzadə, Azərbaycanın Milli Məclisinin üzvü, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayeva, Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşanidze, Gürcüstan parlamentinin vitse spikeri Qiqi Sereteli, Gürcüstan parlamentinin 1-ci vitse spikeri Prudan Todua, Gürcüstan Respublikasının Diaspora Məsələləri üzrə Dövlət naziri, Mədəniyyət naziri, Gürcüstanın Millət vəkilləri, regionların qubernatoru və icra başçıları iştirak edib. Tədbir iştirakçıları ilk öncə Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzərək ona dərin ehtiramını bildiriblər. Daha sonra Gürcüstanlı qonaqlar H. Əliyev mərkəzi ilə yaxından tanış olublar. Qax şəhərində aparılan quruculuq işləri ilə tanış olan qonaqlar daha sonra Qaxın tarixi məkanlarından olan “İçəri bazar” memarlıq abidəsi ilə yaxından tanış olublar. Tədbirin rəsmi hissəsində çıxış edən Qax RİH-nin başçısı M. Şəkiliyev Azərbaycan xalqı üçün ən qədim və əziz bayramlardan biri olan Novruz bayramı günlərində iki xalqın nümayəndələrinin bir araya gəlməsini yüksək qiymətləndirib. Natiq çıxışında bildirib ki, müstəqillik illərində Azərbaycanın və Gürcüstanın rəhbərləri hər iki xalqın milli maraqlarını ifadə edərək tarixi dostluq, əməkdaşlıq ənənələrinin yaşanması və inkişaf etdirilməsi üçün dəyərli tədbirlər həyata keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR