Qusarda təhsil konfransı keçirilir

Qusarda təhsil konfransı keçirilir
# 05 sentyabr 2012 13:54 (UTC +04:00)
Qusar. Vəli Turan – APA. Bu gün Qusarda “2011-2012-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran məsələlər” mövzusunda konfrans keçirilib. APA-nın şimal bürosunun məlumatına görə, tədbirə təhsil naziri Misir Mərdanov, Qusardan millət vəkili Azər Badamov və rayonun təhsil işçiləri qatılıblar.

Toplantıda çıxış edən Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini Elman Mustafayev bildirib ki, toplantının keçirilməsində əsas məqsəd rayonda təhsil sahəsində görülən işləri müzakirə etmək və rayonun təhsil ictimaiyyətinin fikirlərini dinləməkdir.

Qusar Rayon Təhsil Şöbəsinin müdiri Niftəli Fərzəliyev son illər Azərbaycan təhsilinin əldə etdiyi uğurlardan danışıb.

Millət vəkili Azər Badamov da Azərbaycan təhsilinin dünya təhsili səviyyəsinə çatdırılması üçün işlərin görüldüyünü bildirib.

Tədbirdən sonra jurnalistlərə açıqlama verən təhsil naziri Misir Mərdanov bildirib ki, təhsilin inkişafı məqsədilə indiyədək 16 dövlət proqramı hazırlanaraq icra olunub. Son iyirmi ildə Azərbaycanda 2000-dən çox məktəb tikilib, hazırda da respublikanın müxtəlif bölgələrində məktəb tikintisi davam etdirilir.
Konfrans 2 gün davam edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR