“Lloyd” şirkəti İran Milli Nəqliyyat Şirkətinə aid 60 tanker və gəmi ilə əməkdaşlığı dayandırıb

“Lloyd” şirkəti İran Milli Nəqliyyat Şirkətinə aid 60 tanker və gəmi ilə əməkdaşlığı dayandırıb
# 27 aprel 2012 11:21 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. “Böyük Britaniyanın dəniz gəmilərinin sığortası üzrə ixtisaslaşmış “Lloyd” şirkəti də İrana qarşı sanksiyalara qoşularaq İran Milli Nəqliyyat Şirkətinə aid 60 tanker və gəmi ilə əməkdaşlığı dayandırıb”. APA-nın məlumatına görə, bu barədə şirkətin icraçı direktoru Riçard Sedler açıqlama verib. O bildirib ki, şirkət ABŞ-ın qara siyahısına düşməmək üçün İranla əməkdaşlığın dayandırılmasına qərar verib: “Sanksiya tələbləri o qədər mücərrəd idi ki, Böyük Britaniyanın gəmiçilik təşkilatları ilə İranın əlaqələrinin tamam kəsməli olduq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR