Çin və Sinqapur İrana qarşı sanksiyalardan azad olunub

Çin və Sinqapur İrana qarşı sanksiyalardan azad olunub
# 29 iyun 2012 14:33 (UTC +04:00)
Bakı – APA-Economics. ABŞ administrasiyası Çin və Sinqapuru İran neftini aldığına görə sanksiya tətbiq olunacaq ölkələrin siyahısından çıxarıb.

APA-Economics”in “The New York Times”a istinadən xəbərinə görə, Barak Obama kabineti qərarını hər iki ölkənin İrandan neft alışını azaltması ilə izah edib.

İndiyədək daha 18 ölkə sanksiyalar rejimindən azad olunub. ABŞ və Avropa Birliyinin iyulun 1-dən tətbiq olunacaq sanksiyaları elan olunandan bəri İrandan neft ixracı 40% azalıb. Hazırda İrandan ən böyük neft idxalçısı Çindir. Pekin İranın üzləşdiyi əlverişsiz beynəlxalq vəziyyətdən istifadə edərək nefti daha ucuz qiymətə almağa çalışır.

Qeyd edək ki, yanvarın 23-də Avropa Birliyinə (AB) daxil olan ölkələrin xarici işlər nazirləri İranın nüvə proqramının maliyyə qaynaqlarını kəsmək məqsədilə bu ölkədən neft idxalına embarqo tətbiq olunması və İran Mərkəzi Bankının Avropadakı aktivlərinin dondurulması haqqında sənədi imzalayıb. Sənəd İrandan xam neft alışına dərhal qadağa qoyulmasını nəzərdə tutur. İndiyədək bağlanmış müqavilələr üzrə öhdəliklər isə 1 iyul 2012-ci ilədək yerinə yetirilməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR