Bakıda “Eurovision” mahnı müsabiqəsinin Məşvərət Qrupunun iclası keçirilib - FOTO

Bakıda “Eurovision” mahnı müsabiqəsinin Məşvərət Qrupunun iclası keçirilib - <font color=red>FOTO</font>
# 18 mart 2012 20:39 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Martın 17-si və 18-də Bakıda “Eurovision-2012” mahnı müsabiqəsinin Məşvərət Qrupunun növbəti iclası olub. “Eurovision-2012”-nin İşçi Qrupundan APA-ya verilən məlumata görə, iclasda builki müsabiqəyə hazırlıq məsələləri müzakirə edilib, o cümlədən, müsabiqənin prodakşn məsələlərinə dair yeni məlumatlar verilib, “Baku Crystal Hall”-da 57-ci “Eurovision” səhnəsinin tərtibatı ilə bağlı müzakirələr olub.

Aparılan işlər barədə açıqlama verən “Eurovision” mahnı müsabiqəsinin Məşvərət Qrupunun rəhbəri Frank-Dieter Freiling Azərbaycanın may ayında möhtəşəm şou hazırladığını bildirib: “Təkcə arena yox, həm də şounun konsepsiyası yeni olacaq. Ümid edirik ki, Azərbaycan möhtəşəm şou təşkil edəcək. Düsseldorf şousundan təsirlənmiş auditoriya Bakı şousuna daha da valeh olacaq. Tamaşaçıları çox gözəl sürprizlər gözləyir”.

“Eurovision” mahnı müsabiqəsinin rəhbəri (Executive Supervisor of the Eurovision Song Contest) Yan Ola Sand (Jon Ola Sand) Məşvərət Qrupunun Bakıdakı son iclasının səmərəli keçdiyini qeyd edib: “May ayına çox az qalır. Bu qısa zamanda bir çox detallar həllini tapmalıdır. Bu detalların hər biri “Eurovision” mahnı müsabiqəsini standartlara uyğun və lazımi keyfiyyətdə keçirmək üçün əhəmiyyətli rol oynayır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR