Prezident İlham Əliyev Sahil qəsəbəsində salınacaq yeni parkın ərazisinə baxıb

Prezident İlham Əliyev Sahil qəsəbəsində salınacaq yeni parkın ərazisinə baxıb
# 10 iyul 2012 17:21 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyulun 10-da Qaradağ rayonunda yeni “Holcim-Azərbaycan” sement zavodunun açılış mərasimindən sonra yolüstü Sahil qəsəbəsindəki çoxmərtəbəli yaşayış binalarının abadlaşdırılması işləri ilə tanış olmuş, burada salınacaq yeni parkın ərazisinə baxıb.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov görülən və həyata keçiriləcək işlərlə bağlı dövlətimizin başçısına məlumat verib. Bildirildi ki, qəsəbədəki yaşayış binalarının fasadları tamamilə yenidən qurulur, onların xarici görkəmi ən müasir qaydada təzələnir. Prezident İlham Əliyev təmir və yenidənqurma işlərinin keyfiyyəti ilə maraqlanıb.
Burada salınacaq yeni parkla bağlı da dövlətimizin başçısına məlumat verilib. Sahəsi 6 hektar olacaq yeni parkda qəsəbə sakinlərinin istirahəti üçün hər cür şəraitin yaradılacağı qeyd olunub, burada müxtəlif bəzək və gül kollarının əkiləcəyi, yeni yaşıllıq zolaqlarının salınacağı, müasir işıqlandırma sisteminin quraşdırılacağı bildirilib.

Görülən işlərlə tanışlıqdan sonra prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR