Yəmən hökuməti «Əl-Qaidə»yə danışıqlara başlamağı təklif edib

Yəmən hökuməti «Əl-Qaidə»yə danışıqlara başlamağı təklif edib
# 07 fevral 2012 03:35 (UTC +04:00)
Bakı-APA. Yəmən rəhbərliyi «Əl-Qaidə»yə uzunmüddətli atəşkəs və mübahisəli məsələlərin həllinə dair danışıqlara başlamağı təklif edib. APA bu barədə «Əl-Bavaba» saytına istinadən məlumat verir.

«Biz «Əl-Qaidə» təşkilatına öz baxışlarını silah yolu ilə yeritmək əvəzinə dialoqa girməyi və siyasi qərarların qəbul edilməsində iştirak etməyi təklif edirik», deyə Yəmən Hərbi komitəsinin üzvü Əli Səid Übeyd bəyan edib.

O ümid etdiyini bildirib ki, ölkənin siyasi həyatında iştirak etmək təklifini qəbul edən «Əl-Qaidə» silahlıları nəzarətləri altında olan rayonları Yəmən ordusunun nəzarətinə verəcəklər.

Özlərini «Ərəbistan yarımadasında Əl-Qaidə» terrorçu təşkilatına aid edən Yəmən islamçıları ötən il mayın sonlarında Abyan əyalətinin bir sıra yaşayış məntəqələrini, o cümlədən əyalətin paytaxtı olan Zəncibar şəhərini tutublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR