Lənkəranda 26 yaşlı qadın dəm qazından boğularaq ölüb

Lənkəranda 26 yaşlı qadın dəm qazından boğularaq ölüb
# 13 fevral 2012 07:04 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Azərbaycanın Lənkəran şəhərində bədbəxt hadisə baş verib. Lənkəran Şəhər Polis Şöbəsinin növbətçi hissəsindən APA-nın Cənub bürosuna verilən məlumata görə, şəhərin Nizami küçəsi, 75 ünvanında yaşayan 1986-cı il təvəllüdlü Yaqut Camal qızı Vahabova fevralın 12-də saat 17.00 radələrində dəm qazından boğulub. Y. Vahabova yaşadığı mənzilin hamam otağında dəm qazından zəhərlənərək hadisə yerindəcə dünyasını dəyişib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR