AYB sədri: “Gənc yazarlarla problemim olduğunu düşünənlər yanılırlar” - FOTO

AYB sədri: “Gənc yazarlarla problemim olduğunu düşünənlər yanılırlar” - <font color=red>FOTO</font>
# 31 oktyabr 2012 10:34 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Azərbaycan Yazıçılar Birliyinin sədri Anar bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, AYB-də Gənclər Şurası var, birliyin gənclər üzrə katibi fəaliyyət göstərir: “AYB gənc yazıçılara mükafatlar verir, onların kitablarını çap edir, bəzi yazıçılar birlikdən narazıdırlarsa, bunun bizə aidiyyatı yoxdur. Birliyin qapısı hər kəsin üzünə açıqdır. Azərbaycan ədəbiyyatının ən istedadlı gəncləri birliyin ətrafında cəmləşib. İki-üç adam birlikdən narazıdırsa, hələ bu o demək deyil ki, onlar yazıçıdırlar. Onlar hələ əvvəlcə öz yazıçılıqlarını sübut eləsinlər”.

Anar AYB ətrafında gedən söz-söhbətlərdə mətbuatın günahı olduğunu da qeyd edib: ”Birliyin adının neqativ hallanmasında mətbuatın da rolu az deyil. Mətbuat qaşınmayan yerdən qan çıxarır. Elə bil bu millətin Yazıçılar Birliyindən başqa dərdi yoxdur. Heç kimi maraqlandırmır ki, Bəstəkarlar İttifaqının qurultayı nə vaxt keçiriləcək, Rəssamlar İttifaqı üçün ev tikilib, ya yox”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR