Bank Of Baku

Xəzər rayonunda 33 kq-a yaxın narkotik vasitə dövriyyədən çıxarılıb

Xəzər rayonunda 33 kq-a yaxın narkotik vasitə dövriyyədən çıxarılıb
# 10 sentyabr 2026 16:56 (UTC +04:00)

Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Şöbəsi əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbir zamanı narkokuryerlik etməkdə şübhəli bilinən 26 yaşlı V. Cəbrayılov saxlanılıb. Ondan ümumilikdə 33 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs narkotikləri ayrı-ayrı ünvanlara çatdıraraq paytaxt ərazisində qanunsuz dövriyyəsini təşkil etməyi planlaşdırıb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR