Zaqatala rayonunun Kebeloba kəndində meşəlik ərazidə itkin düşdüyü ehtimal edilən 1946-cı il təvəllüdlü Mustafayev Xəlil Mustafa oğlunun axtarışları davam etdirilir.
APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Axtarış tədbirləri FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və polis əməkdaşlarının birgə iştirakı ilə vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə həyata keçirilir.
Qeyd edək ki, axtarışlara FHN-in xüsusi təlim görmüş itləri də cəlb olunub.