Azərbaycanda üç nəfər suda boğulub

Azərbaycanda üç nəfər suda boğulub
# 19 iyul 2013 09:34 (UTC +04:00)

Bakı. Hafiz Heydərov-APA. Azərbaycanda üç nəfər suda boğulub. APA-nın məlumatına görə, hadisə Novxanı çimərliyində qeydə alınıb. Bakı şəhər sakini Rəşad Kərimov dənizdə çimərkən boğularaq ölüb.

Digər hadisə isə İsmayıllı rayonunda qeydə alınıb. Kəlbəcər rayon sakinləri Hakim Mustafayev və Bəxtiyar Abdullayev rayonun Gəraybəyli kəndi ərazisində Girdiman çayında çimərkən boğularaq ölüblər.

Hər üç faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR