Azərbaycan Daşkənddəki Beynəlxalq Vestminster Universitetində keçirilən festivalda iştirak edib

Azərbaycan Daşkənddəki Beynəlxalq Vestminster Universitetində keçirilən festivalda iştirak edib
# 07 aprel 2014 17:01 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Azərbaycan Daşkənddəki Beynəlxalq Vestminster Universitetində keçirilən festivalda təmsil olunub.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, ölkəmizi festivalda Azərbaycanın Özbəkistandakı səfirliyi və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil ediblər.

Azərbaycan üçün ayrılmış salonda Heydər Əliyevin həyat və fəaliyyəti, ölkəmizin iqtisadi inkişafı haqqında özbək, Azərbaycan, rus və ingilis dillərində nəşr olunmuş kitablar, Heydər Əliyev Fondunun "Qarabağ həqiqətləri" seriyasından rus və ingilis dillərində nəşrləri, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər, həmçinin müxtəlif jurnallar nümayiş etdirilib.

Nazirlikdən bildiriblər ki, Azərbaycan Mədəniyyət Mərkəzinin naxıştikmə və rəsm dərnəyi üzvlərinin əl işləri və suvenirlər də ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

Tədbirdə iştirakçı ölkələr arasında milli mətbəx festivalı da keçirilib, festival konsert proqramı ilə başa çatıb. Konsert proqramında Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Azəri qızları" rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR