Azərbaycanın fövqəladə hallar naziri qırğızıstanlı həmkarı ilə görüşüb - FOTOSESSİYA - VİDEO

Azərbaycanın fövqəladə hallar naziri qırğızıstanlı həmkarı ilə görüşüb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 15 yanvar 2014 13:43 (UTC +04:00)

APA-nın məlumatına görə, görüşdə nazir K. Heydərov Azərbaycan və Qırğızıstan arasında dostluq əlaqələrinin sürətli inkişafından söhbət açaraq, hər iki ölkənin müvafiq dövlət qurumları arasında mövcud əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi perspektivləri haqqında danışıb.

Nazir respublikada fövqəladə halların idarə olunması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə də ətraflı məlumat verib.

Öz növbəsində, K. Boronov səmimi qəbula görə təşəkkürünü bildirərək, ölkələr arasında aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdən sonra K. Boronov FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin, İctimaiyyətlə əlaqə idarəsinin Multimedia mərkəzinin, Mülki müdafiə qoşunları komandanlığının və Xüsusi Riskli Xilasetmə Xidmətinin fəaliyyəti ilə tanış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR