Peruda baş vermiş ağır qəzada 4 polis və 1 mülki şəxs həlak olub

Peruda baş vermiş ağır qəzada 4 polis və 1 mülki şəxs həlak olub
# 13 iyul 2014 03:54 (UTC +04:00)

Bakı-APA. İyulun 12-də Peruda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində 4 polis əməkdaşı və 1 mülki şəxs ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəzaya səbəb polis avtomobilinin sərnişin avtobusu ilə qarşı-qarşıya toqquşması olub.

Qəzanın Xunin şəhərinin ətrafında baş verdiyi bildirilir. Hadisə nəticəsində avtobus sürücüsü və polis əməkdaşı xəsarət alıb.

Qəzanın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR