Azərbaycan Beynəlxalq Bankının Dubay filialının həbsdə olan müdiri Adil Hüseynov Bakı İstintaq Təcridxanasına köçürülüb - VİDEO

Azərbaycan Beynəlxalq Bankının Dubay filialının həbsdə olan müdiri Adil Hüseynov Bakı İstintaq Təcridxanasına köçürülüb - <span style="color: red;">VİDEO
# 26 may 2015 09:51 (UTC +04:00)

Bu barədə APA-ya məlumat verən A. Hüseynovun vəkili Kamandar Nəsibov bildirib ki, yaxın günlərdə A. Hüseynovla görüşəcək.

Qeyd edək ki, A. Hüseynov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə təqsirləndirilən A. Hüseynovun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 3 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, A. Hüseynov mərhum polis polkovniki Fətulla Hüseynovun oğludur. F. Hüseynov Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili, hazırda ömürlük həbsdə olan Hacı Məmmədovun dəstəsi tərəfindən öldürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR