Martın 29-dan 30-na keçən gecə Azərbaycan yay vaxtına keçəcək - VİDEO

Martın 29-dan 30-na keçən gecə Azərbaycan yay vaxtına keçəcək - <span style="color: red;">VİDEO
# 17 mart 2014 08:10 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Martın 29-dan 30-na keçən gecə Azərbaycan ərazisində yay vaxtına keçidlə əlaqədar saatların əqrəbi 1 saat irəli çəkiləcək.

APA-nın məlumatına görə, Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" 17 mart 1997-ci il qərarına əsasən, hər il mart ayının son bazar günü saat 4:00-da əqrəblər bir saat irəli çəkilir.

Qeyd edək ki, hər il oktyabrın ayının son bazar günü saat 5:00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR