Dmitri Medvedev: “Rusiyada millətçi dalğanı qabartmaq ölümcüldür”

Dmitri Medvedev: “Rusiyada millətçi dalğanı qabartmaq ölümcüldür”
# 06 dekabr 2013 11:08 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “Rusiyada millətçi dalğanı qabardanlar ən ağır qınaq obyektinə çevrilməyə layiqdirlər”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya telekanallarına müsahibəsində baş nazir Dmitri Medvedev deyib. O bildirib ki, millətçi dalğanı qabartmaq çox pis və əxlaqsız bir şeydir: “Bizim ölkənin şərtləri çərçivəsində isə bu, ölümcüldür. Çünki bizim ölkə çoxmillətlidir, çox konfessiyalıdır. Bizim ölkədə çoxlu sayda xalqlar yaşayır. Ona görə də, heç bir halda bu mövzunu qızışdırmaq olmaz”.


D. Medvedev bəyan edib ki, Rusiya bu gün əlavə əmək resursu olmadan keçinə bilməz: “Rusiya həddən artıq böyükdür və bizə əlavə əmək resursları lazımdır. Rusiya maraqlıdır ki, onun ölkəsinə işləməyə yüksək ixtisaslı kadrlar və mənzil-kommunal təsərrüfatı sahəsində və tikintidə çalışmağı bacaranlar gəlsinlər, hansı ki, bizim ölkəmizin vətəndaşları bu sahədə işləmək istəmirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR