Qərib Məmmədov: “Bəzi ərazilərdə torpaqların kateqoriyasının dəyişdirilməsi ilə bağlı hökumətə müraciət ediləcək”

Qərib Məmmədov: “Bəzi ərazilərdə torpaqların kateqoriyasının dəyişdirilməsi ilə bağlı hökumətə müraciət ediləcək”
# 21 may 2013 12:27 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. “Bəzi ərazilərdə dövlət torpaqlarında yaşayan vətəndaşların problemlərini həll etmək torpaqların kateqoriyasını dəyişməyə ehtiyac var”. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, bu fikri Torpaq və Xəritəçəkmə komitəsinin sədri Qərib Məmmədov Gəncədə vətəndaşları qəbul edərkən bildirib.

Onun sözlərinə görə, respublikanın Astara, Hacıqabul və Goranboy rayonlarında meşə və qış otlaqları kimi dövlət torpaqlarında məskunlaşan vətəndaşlar var: “Tədricən bəzi vətəndaşlar dövlət torpaqları olan meşə və qış otlaqlarında məskunlaşaraq ev tikiblər və təsərrüfatla məşğul olurlar. Qanunla bu torpaqlar özəlləşə bilməz. Lakin qanun icazə verir ki, həmin torpaqların kateqoriyaları dəyişərək bələdiyyələrə verilsin və bu qurumlar da vətəndaşları sənədlə təmin etsinlər və bu sahədə narazılıqlar da aradan qaldırlısın”.

Q.Məmmədov bildirib ki, qəbulda toplanan məlumatları və müvafiq rayonların icra strukturlarından gələn müraciətləri əsas tutaraq hökumət qarşısında sözügedən ərazilərdə dövlət torpaqlarının kateqoriyalarının dəyişdirilməsi ilə bağlı vəsatət qaldıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR