Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası dünyanın ən yaxşı 10 hakiminin adını açıqlayıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası dünyanın ən yaxşı 10 hakiminin adını açıqlayıb
# 07 yanvar 2014 14:56 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, ingilis hakim Hovard Uebb 2013-cü ilin ən yaxşı referisi seçilib. O, 102 xal toplayıb.

Səsvermənin nəticəsinə əsasən Çempionlar Liqasının son final oyununu – “Bavariya” ilə “Borussiya” (Dortmund) görüşün idarə edən Nikola Rizzoli (İtaliya) liderdən 20 xal geri qalıb. İlk “üçlüyü” 2 il öncə ən yaxşı seçilən macar Viktor Kaşşai qapayıb (53 xal).


Növbəti sıralarda isə Feliks Brix (Almaniya, 42 xal), Cüneyt Çakır (Türkiyə, 40), Byorn Kuypers (Hollandiya, 38), Pedro Proensa (Portuqaliya, 35), Ravşan İrmatov (Özbəkistan, 29), Karlos Karbalyo (İspaniya, 22) və Canluka Rossi (İtaliya, 17) qərarlaşıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR