ABŞ Rusiyanın bir sıra yüksək vəzifəli şəxsləri və deputatlarına sanksiyalar tətbiq edib

ABŞ  Rusiyanın bir sıra yüksək vəzifəli şəxsləri və deputatlarına sanksiyalar tətbiq edib
# 17 mart 2014 15:00 (UTC +04:00)

Bakı - APA. ABŞ hökuməti Rusiyanın bir sıra yüksək vəzifəli şəxsləri və deputatlarına, eləcə də Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçə sanksiyalar tətbiq edib. APA-nın xəbərinə görə, sanksiyaya məruz qalan şəxslər arasında Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko, baş nazirin müavini Dmitri Roqozin, prezident Putinin köməkçisi Vladislav Surkov, Putinin müşaviri Sergey Qlazyev, Dövlət Dumasının deputatları Leonid Slutski, Yelena Mizulina, Federasiya Şurasının üzvü Andrey Klişas, eləcə də Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin adları çəkilir.

Bu şəxslərin ABŞ-dakı aktivləri və əmlak blok ediləcək. Onlar sülh, sabitlik, təhlükəsizlik və Ukraynanın ərazi bütövlüyünə təhlükə törətməkdə ittiham olunur.

Xatırladaq ki, Avropa Birliyi də eyni səbəblə Rusiya və Ukraynadan olan 21 şəxsə sanksiya tətbiq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR