Azərbaycanda əlil uşaqların əksəriyyətinin təhsilə cəlb edilməsi hələ də təmin edilməyib

Azərbaycanda əlil uşaqların əksəriyyətinin təhsilə cəlb edilməsi hələ də təmin edilməyib
# 10 fevral 2014 07:39 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. "Azərbaycanda 9 minə yaxın uşaq, o cümlədən 2 mindən artıq əlilliyi olan uşaq dövlət uşaq müəssisələrində təhsil alır. 4 minə yaxın uşaq hər il daxili işlər orqanları tərəfindən müxtəlif səbəblərə görə, o cümlədən onlardan 400-500 nəfəri müxtəlif növ cinayət əməlləri törətdiklərinə görə polis qeydiyyatına alınır".

APA-nın məlumatına görə, bu barədə Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının milli koordinatoru Nabil Seyidov uşaq hüquqları ilə bağlı keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ölkədə 60 mindən çox əlilliyi olan uşaq var ki, onların böyük hissəsinin təhsilə cəlb edilməsi hələ də təmin edilməyib.

N.Seyidov vurğulayıb ki, müxtəlif qurumların hesablamalarına görə, ölkədə 2 mindən artıq uşaq küçədə işləyir və ya yaşayır: "Uşaqlara qarşı fiziki, psixoloji zorakılıq halları bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da mövcuddur. Ötən il yalnız Bakıda zorakılığın qurbanı olduğunu zənn edən 300-dən çox uşaq qaynar xətt xidmətinə zəng edib və qeydiyyata alınıb. Zorakılıq qurbanı olan uşaqlar üçün reabilitasiya mərkəzinə Bakı şəhərindən 170-dən çox uşaq cəlb edilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR