Bakıda “Marketing Kingdom” konfransı keçirilib

Bakıda “Marketing Kingdom” konfransı keçirilib
# 11 aprel 2014 14:26 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bakıda dünyanın ən tanınmış marketoloqlarının iştirakı ilə “Marketing Kingdom” konfransı öz işinə başlayıb.

APA-Economics”in məlumatına görə, tədbir Nar Mobile mobil operatorunun baş sponsorluğu ilə təşkil edilib.

İkigünlük beynəlxalq tədbir zamanı marketinq mütəxəssislərinin keçirdiyi biri-birindən fərqli və rəngarəng təqdimatlar ölkənin marketinq mütəxəssisləri tərəfindən böyük maraqla qarşılanıb.

Bölgədə təşkil edilən ən möhtəşəm marketinq tədbiri olma özəlliyinə sahib “Marketing Kingdom” düşüncə platformunda Meri Co Cakobi, Sebastyan Mikotsi, Hyubert Qreyliş, Riçard Byumont kimi görkəmli marketoloqlar iştirak edərək öz təcrübələrini bölüşüb, “BP America”, “Royal Dutch Shell”, “Lehman Brothers”, “HSBC”, "Pepsi Co", “Philips” və “Rolls Royce” kimi dünyanın aparıcı ticarət nişanlarının marketinq strategiyası və dünyada olan tendensiyalardan bəhs ediblər. Məruzəçilər arasında “Azerfon” şirkətinin baş icraçı direktoru Kent Maknilinin təqdimatı xüsusi maraq doğurub.

Hər il dünyanın 5 ölkəsində keçirilən "Marketing Kingdom" Avropanın ən böyük marketinq tədbiri hesab edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR