Bakı şəhəri üzrə Təhsil İdarəsi: TQDK-nın kiməsə irad tutmasının heç bir əsası yoxdur

Bakı şəhəri üzrə Təhsil İdarəsi: TQDK-nın kiməsə irad tutmasının heç bir əsası yoxdur
# 10 sentyabr 2013 09:34 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Azərbaycanda məzunların yekun attestasiyası, yəni buraxılış imtahanları Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılır. Əgər yekun attestasiya onlar tərəfindən aparılırsa və medallar da yekun attestasiyasının yekunlarına əsasən verilirsə, həmin qurumun kiməsə irad tutmasının heç bir əsası yoxdur”.

APA-nın xəbərinə görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Məhəmməd Bayramov Bakı şəhər təhsil işçilərinin ənənəvi sentyabr konfransında çıxışı zamanı deyib.

M. Bayramov bildirib ki, orta məktəblərdəki yekun attestasiya imtahanları Azərbaycan dili və Riyaziyyat fənnindən dan aparılmamalıdır. M.Bayramovun sözlərinə görə, buraxılış imtahanlarında təbiət elmləri də əhatə olunmalıdır: “Çünki bu fənlər bütün ixtisas qruplarında imtahana düşür. O fənləri isə şagird repetitordan öyrənir, məktəbə ehtiyac qalmır. Bəs məktəbin fəaliyyəti yekun attestasiyada necə qiymətləndirilir? Demək olar ki, qiymətləndirilmir. Demək istəmirəm ki, bizim nöqsanlarımız yoxdur. Amma yekun attestasiya hansı təşkilat tərəfindən aparılırsa, məsuliyyət də onun üzərinə düşməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR