Simferopol Beynəlxalq Hava Limanı: “Türk Hava Yolları” Krıma aviareysləri bərpa etməyə hazırdır

Simferopol Beynəlxalq Hava Limanı: “Türk Hava Yolları” Krıma aviareysləri bərpa etməyə hazırdır
# 28 mart 2014 10:24 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. “Türk Hava Yolları” Krıma aviareysləri bərpa etməyə hazırdır”. APA-nın məlumatına görə, bunu Simferopol Beynəlxalq Hava Limanının Müşahidə Şurasının rəhbəri Gennadi Nara deyib.

Onun sözlərinə görə, Türkiyə tərəfi aprelin 1-dən İstanbula uçuşları bərpa etmək niyyətində olduğunu bildirib.

G.Nara qeyd edib ki, bu gün Azərbaycan, Rusiya və Özbəkistan aviaşirkətləri Krıma müntəzəm şəkildə uçuşlar həyata keçirir.

Qeyd edək ki, Rusiya Krım hava məkanının özünə məxsus olduğunu bəyan edib və bu barədə sənədləri Beynəlxalq Mülki Aviasiya Təşkilatına təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR